Koronavirusa yoluxanların sayı 191 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 4 milyon 105 min 820 nəfərdir. İndiyədək 174 milyon 181 min 909 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 19 376 574 nəfərdə virus aşkar edilib. Xəstələrdən 542 262 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 5 958 133 yoluxma, 148 419 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Fransada 5 867 730 nəfər virusa yoluxub ki, onlardan 111 472-si ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


