Kəbənin örtüyü dəyişdirilib

 Kəbənin örtüyü dəyişdirilib
  19 İyul 2021    Oxunub:2468
Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.
Azvision.az Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) istinadən xəbər verir ki, müqəddəs torpaqlarda hacı namizədlər namaz qılmağa başladıqdan sonra Kəbənin yeni örtüyü salınıb.

Kəbənin üzərinə salınmış xüsusi örtük Məkkədə 200 işçinin əməyi ilə toxunub. 670 kiloqram təmiz ipək, 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən hazırlanan yeni Kəbə örtüyündə müxtəlif ayələr və dualar yer alır. Kəbə örtüyünün Kral Əbdüləziz Kisve-i Şərif Kompleksində istehsal edildiyi bildirilib.



Azvision.az



Teqlər: Kəbə  



Xəbər lenti