Gürcüstanla ticarət dövriyyəsinin dəyəri 9,5 faiz artıb

Gürcüstanla ticarət dövriyyəsinin dəyəri 9,5 faiz artıb
  19 İyul 2021    Oxunub:1465
Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri cari ilin birinci yarısında 9,5 faiz artaraq 493,25 milyon ABŞ dolları təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan 2021-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,9 faiz paya malik olub.

Bununla da Azərbaycan, Gürcüstanın əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

Cari ilin birinci yarısında Gürcüstandan Azərbaycana 244,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 20,1 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ümumi ixracında 13 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra üçüncü yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı hesabat dövründə 6,7 faiz azalaraq 248,8 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın ümumi idxalında Azərbaycan 5,8 faiz payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci olub.

Azvision.az


Teqlər: Ticarət  





Xəbər lenti