Koçaryan deputat mandatından imtina etdi

   Koçaryan deputat mandatından imtina etdi
  19 İyul 2021    Oxunub:1847
Ermənistanın ikinci prezidenti Robert Koçaryan deputat mandatından imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook”da bildirib.

Koçaryan 20 iyunda keçirilən erkən parlament seçkilərində , “Ermənistan” blokuna rəhbərlik edib.

Onun sözlərinə görə, bir vaxtlar deputat olub, ancaq xaraktercə özünü daha çox icraedici hakimiyyətin adamı hesab edir. Koçaryan deputat kreslosunun komandanın digər üzvlərinə verməyin daha doğru olacağına əminliyini ifadə edib.

Sabiq prezident ona blokun baş nazir vəzifəsinə namizəd olaraq səs verildiyini deyib. Eyni zamanda Koçaryan mandatdan imtinasının siyasi mübarizəni dayandırması demək olmadığını bildirib. O, blokun lideri olmağa davam edəcəyini və gələcək qələbələr üçün çalışacağını söyləyib

Xatırladaq ki, Koçaryanın bloku parlamentdə 29 yer alacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti