Rusiyada narkotikdən ölənlərin sayı 60 faiz artıb

   Rusiyada narkotikdən ölənlərin sayı 60 faiz artıb
  19 İyul 2021    Oxunub:760
2020-ci ildə Rusiyada 7 mindən çox insan narkotiklərlə əlaqəli səbəblərdən ölüb. Bu, 2019-cu illə müqayisədə 60% çoxdur.
Bu barədə Azvision.az “RBK”ya istinadən xəbər verir. Rusiya Statistika Komitəsinin məlumatına görə, son bir ildə 7 316 nəfər narkotikdən dünyasını dəyişib, 2019-cu ildə bu rəqəm isə 4 569 nəfər təşkil etmişdi.

Ümumilikdə isə son bir ildə Rusiyada müxtəlif səbəblərdən 2,14 milyon insan dünyasını dəyişib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Narkotik  





Xəbər lenti