Əfqanıstanda prezident sarayı istiqamətində raket atılıb

Əfqanıstanda prezident sarayı istiqamətində raket atılıb
  20 İyul 2021    Oxunub:993
Əfqanıstanın paytaxtı Kabildə prezident sarayı istiqamətində bir neçə raket atılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, raketlər Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksək vəzifəli şəxslərin də qatıldığı Qurban Bayramı namazı zamanı atılıb.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanstan  



Xəbər lenti