Ermənistanda gündəlik yoluxma 200-ə yaxınlaşıb

Ermənistanda gündəlik yoluxma 200-ə yaxınlaşıb
  20 İyul 2021    Oxunub:918
Ermənistanda son sutka ərzində daha 194 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 716 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 572-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1112 nəfərdir.

Aktiv xəstələrin sayı 3503 nəfər təşkil edir.

Pərvanə Sulltanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti