Almaniya səfirindən Qurban bayramı təbriki

Almaniya səfirindən Qurban bayramı təbriki
  20 İyul 2021    Oxunub:1299
Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, səfirliyin "Facebook" səhifəsində diplomatın təbrik videomüraciəti yerləşdirilib.

V.Maniq, Almaniya səfirliyi və öz adından Azərbaycanda və digər yerlərdə Qurban bayramını qeyd edən müsəlmanlara ən xoş arzularını çatdırıb.

"Ötən ildən fərqli olaraq 2021-ci ildə biz bayramı ailəmiz və dostlarımızla qeyd edə bilirik. Mən sizə sevinc və sağlamlıq diləyirəm. Empatiya və xeyirxahlıq bu bayramda qeyd olunan dəyərlərdir. Bunlar həmişə dəyərlidir.

Ümid edirəm ki, yüngülləşdirilən atmosferə baxmayaraq, hamınız COVID-19-la bağlı tətbiq olunan xüsusi rejiminin tezliklə aradan qaldırılması üçün lazımi ehtiyat tədbirlərinə əməl edəcəksiniz.

Bir daha Qurban bayramınız mübarək", - diplomat bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniyasəfir   Təbrik  



Xəbər lenti