Gürcüstan qapanmaya daha tab gətirə bilməyəcək - Baş nazir

Gürcüstan qapanmaya daha tab gətirə bilməyəcək -    Baş nazir
  20 İyul 2021    Oxunub:1064
Gürcüstan qapanmaya daha tab gətirə bilməyəcək. Hökumət yenidən ölkədəki qaydaları sərtləşdirməli olsa, dözülməz vəziyyət yaranacaq.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

“Əgər yenidən bağlansaq, insanlar işlərini itirəcək, dözülməz vəziyyət yaranacaq. Bunun baş verməsini istəmirəm. Ölkənin əlavə borc götürməli olacağını da nəzərə alsaq, bu, dövlətimizə, vətəndaşlarımıza bir yük olacaq. Vəziyyəti daha da çətinləşəcək. Bir daha vurğulamaq istəyirəm ki, mümkün qədər tez peyvənd etmək üçün bütün resurslarımız və imkanlarımız var. Təxminən 2-3 ay ərzində bir milyon yarım vətəndaşı peyvənd edə biləcəyik. Bu bizim qarşımızdakı vəzifədir”, - Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, indiyədək Gürcüstanda COVID-19-a 390 945 nəfər yoluxub, onların 367 130-u sağalıb, 5 592 nəfər isə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Virus  



Xəbər lenti