"Taliban"ın Əfqanıstanı güc yolu ilə ələ keçirməsi realdır - Rusiya XİN

"Taliban"ın Əfqanıstanı güc yolu ilə ələ keçirməsi realdır -  Rusiya XİN
  20 İyul 2021    Oxunub:899
Əfqanıstan üzrə aparılan danışıqlarda irəliləyiş olmayacağı təqdirdə, “Taliban”ın hakimiyyəti güc yolu ilə ələ keçirməsi realdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

Onun sözlərinə görə, milli barışıq prosesi müddətində həqiqi bir hərəkət olmazsa, Əfqanıstandakı hərbi-siyasi tarazlıq "Taliban" hərəkatının lehinə yenidən formalaşdırılacaq. Onda isə hakimiyyəti zorla ələ keçirmələrinin çox real bir perspektivi olacaq.

Kabulova görə, “Taliban” hərəkatının rəhbərliyi Əfqanıstandakı çıxılmaz vəziyyətin aradan qaldırılması üçün siyasi bir yol tapmağın lazım olduğunu başa düşür.

"Onlar siyasi kompromisə hazır olduqlarını söyləyirlər. Bunu yalnız sözlərdə deyil, həm də fərqli formalarda ifadə olunan niyyətlərində görürəm. Ancaq təbii ki, onların nöqteyi-nəzərindən siyasi kompromis ləyaqətlə şəkildə təqdim edilməlidir", - XİN nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmağa başlaması bu ölkədə vəziyyəti gərginləşdirb. "Taliban" ölkənin böyük bir hissəsinə nəzarət etdiyini bildirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti