Böyük Britaniyada ən yaşlı qu quşu ölüb

Böyük Britaniyada ən yaşlı qu quşu ölüb
  20 İyul 2021    Oxunub:1091
Böyük Britaniyada ən yaşlı qu quşu 30 yaşında ölüb. Bu barədə Piklz adlı quşun yaşadığı Lids zooparkının Twitter hesabında məlumat verilib.
Qeyd edilib ki, bu yaxınlarda 30 yaşı qeyd edilən qu quşunu hər kəs sevirmiş. Onun fotoları mətbuat nümayəndələri tərəfindən dəfələrlə çəkilib.

Adətən vəhşi təbiətdə qu quşları 10 il yaşayırlar. Onlar insanlar tərəfindən göstərilən xüsusi qayğı çərçivəsində 20 ildən çox yaşaya bilərlər. Piklz 1991-ci ildə doğulub. O, zooparka 2013-cü ildə 22 yaşında gətirilib. Hər ilin 2 iyunu qu quşunun doğum günü münasibəti ilə "Piklz günü" kimi qeyd edilirmiş.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti