Daha bir ölkədə yoluxmayla bağlı rekord

Daha bir ölkədə yoluxmayla bağlı rekord
  21 İyul 2021    Oxunub:1421
Koronavirus infeksiyasının yeni dalğası ilə bağlı daha bir ölkə həyəcan təbili çalıb.
Azvision.az xəbər verir ki, "Sinxua"nın yaydığı məlumata görə, Cənubi Koreyanın paytaxtı Seulda yoluxma sayının qəfil artması ölkədə yeni bir rekorda səbəb olub.

Ötən gün ölkədə ən yüksək göstəricinin qeydə alındığı- 1784 yeni yoluxma hadisəsinin baş verdiyi bildirilir. Bundan əvvəlki rekord iyulun 14-də 1614 yoluxma halı idi.

Yeni yoluxanların böyük əksəriyyətinin Seulda və onu əhatə edən Queonji əyalətində yaşadığı söylənilir.

Qeyd edək ki, Cənubi Koreyada pandemiya başlayandan bəri 182 265 yoluxma aşkar edilib. Xəstəlik 2060 koreyalının həyatına son qoyub.

Xatırladaq ki, iki gün öncə Fransa da yeni dalğanın başlandığını elan etmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yoluxma   Virus  





Xəbər lenti