Meşə yanğınlarını söndürmək üçün süni yağış yağdırıldı

Meşə yanğınlarını söndürmək üçün süni yağış yağdırıldı
  21 İyul 2021    Oxunub:2805
Son günlərdə Rusiyanın Yakutiya bölgəsində baş verən güclü meşə yanğınları fəsadlar törətməkdə davam edir.
Azvision.az xəbər verir ki, Rusiya mediası yeni təbii fəlakətlərin qarşısının alınması üçün ərazidə süni yağış yağdırıldığını yazıb.

"Bu gün Federal Aviasiya Meşəqoruma Agentliyinin müşahidəçi pilotları quru qüvvələrinə yanğınların söndürülməsində kömək etmək üçün süni şəkildə yağış yağdırıblar",- operativ qərargahın yaydığı məlumatda deyilir. Qeyd edilir ki, söhbət Yakutiyada ən ağır vəziyyətin olduğu Qornı, Vilyuiski və Nyurbinsk bölgələrindən gedir.

Bunun üçün An-26 "Siklon" təyyarələrindən istifadə olunub. Sinoptiklərin fikrincə, yaxın günlərdə Yakutiyanın müxtəlif bölgələrində yağışların yağacağı gözlənilir. Bu isə ərazidə gərgin şəkildə işləyən quru qüvvələrinin vəziyyətinin sabitləşməsinə kömək edə bilər.

Əməliyyat məlumatlarına görə, Yakutiyada son gündə 82 165 hektar ərazidə 14 yanğın ocağı söndürülüb. 135.084.5 hektar ərazidə isə 10 yanğın lokallaşdırılıb. Ümumilikdə respublikada 67 meşə yanğını söndürülür. Yanğınsöndürmə proseslərinə 2 mindən çox insan və 291 texnika cəlb edilib.

Yakutiyanın rəhbəri Aisen Nikolaev respublikada baş verən yanğınların əsas səbəbini qlobal iqlim dəyişikliyi ilə əlaqələndirib. Bölgə ildən-ilə daha da isti olur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yakutiya   Meşə-yanğını  





Xəbər lenti