"Putin "Qarabağ münaqişəsi" terminini işlətməkdən çəkindi"- Norikyan

   "Putin  "Qarabağ münaqişəsi"  terminini işlətməkdən çəkindi"-   Norikyan
  21 İyul 2021    Oxunub:2222
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Siyasətçilər, ekspertlər Azərbaycanın Qarabağ mövzusunda istədiyinə nail olmasından narahatlıq keçirirlər.
Azvision.az xəbər verir ki, xüsusən də artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin yaddan çıxarılması erməniləri daha çox qıcıq edib.

Belə ki, "Ədalətli Ermənistan" partiyasının sədri Norayr Norikyan yerli mediaya verdiyi açıqlamada Vladimir Putinin mövcud olmayan münaqişə haqqında söz açmamasından gileylənib.

"Vladimir Putinlə İlham Əliyevin görüşü zamanı Rusiya Prezidenti "Dağlıq Qarabağ münaqişəsi"nin həlli ifadəsini işlətməkdən çəkindi və ən vacib məsələlərdən birinin bölgədəki vəziyyətin nizamlanması olaraq qaldığını vurğuladı. Son bir neçə ayda Azərbaycan Prezidenti İlham Əliyev münaqişəsinin bitdiyini, artıq Dağlıq Qarabağ termininin qalmadığını, buranın Qarabağ adlandırıldığını vurğulayır.

"Azərbaycanlıların İrəvan restoranlarında necə əyləndiklərini görəcəyik"- Arutyunyan
Putinin bu xeyirxah davranışının isə Əliyevlə razılaşması əlaməti və ya sadəcə nəzakətli bir davranış olduğunu söyləmək çətindir. Amma bir şey aydındır: böyük siyasətdə detallar çox vacibdir. Əlbəttə ki, böyük dövlətlər üçün kartların sona qədər açıqlanmaması səciyyəvidir. Amma bu vəziyyətdə Putinin nə istədiyini, "münaqişə"nin həllini necə nəzərdə tutduğunu tam olaraq anlamaq lazımdır.
Vəziyyətin ciddiliyi bizi bir neçə reallığı ayıq şəkildə fiksə etməyə məcbur edir․

Əvvəla, ATƏT-in Minsk Qrupu öz təsir gücünü geri dönməyəcək şəkildə itirdi. Onun "Qarabağ münaqişəsi"nin həllində unikal mandatını, səlahiyyətlərini bərpa etmək çətin olacaq. Hətta bu mümkün də deyil.

İkincisi, bölgədəki güc tarazlığı pozuldu. Bu da Ermənistanı hərbi-siyasi maraqlarına yenidən baxmağa, lazımi müdafiə sistemini formalaşdırmağa məcbur edir”,-erməni siyasətçi bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İlham-Əliyev   Putin   Qarabağ   Münaqişə  





Xəbər lenti