Rusiyada mina həyəcanı

  21 İyul 2021    Oxunub :323
Rusiyada mina həyəcanı
Rusiyada məhkəmələrə minalar yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Naməlum şəxs Moskvada on iki məhkəmə binasının minalandığı barədə mesaj göndərib. Moskva Şəhər Məhkəməsinin mətbuat katibi Valeri Lazarev məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, xüsusi xidmət orqanlarının əməkdaşları artıq binaların bir hissəsini yoxlayıblar, məhkəmə əməkdaşları isə evakuasiya edilib. Kinoloqlar bəzi məhkəmələri tam şəkildə yoxladıqdan sonra artıq əməkdaşlar normal iş rejiminə qayıdıblar.

Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində "minalanma dalğası" 2019-cu ilin sonunda başlayıb. Məhkəmələrə, ticarət mərkəzlərinə, metro stansiyalarına, təyyarələrə, məktəblərə hətta xəstəxanalara belə bu cür mesajlar göndərilib. Maraqlıdır ki, bu cür partlayış təhdidləri heç vaxt öz təsdiqini tapmayıb. FTX-yə görə, "poçt terrorçuları" minalanma haqqında kütləvi mesajlar göndərmək üçün bir sıra xarici xidmətlərdən istifadə etdilər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Mina   Rusiya   Məhkəmə  






Xəbər lenti