"Koronavirusun yeni ştammı meydana gələ bilər"- ÜST rəhbəri

   "Koronavirusun yeni ştammı meydana gələ bilər"-   ÜST rəhbəri
  21 İyul 2021    Oxunub:714
Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus infeksiyası barədə pessimist proqnozla çıxış edib.
Azvision.az xəbər verir ki, o, dünyada yeni bir koronavirus ştammının ortaya çıxa biləcəyini bildirib. ÜST rəhbəri yeni ştammın əvvəlki "Delta" versiyasından daha təhlükəli olacağını söyləyib.
Qebreyesusun sözlərinə görə, mutasiya olmuş yeni virus infeksiyanın dünyaya daha da yayılmasına səbəb ola bilər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ştamm   Virus   ÜST  





Xəbər lenti