Rusiyada zibillikdə raket hissəsi tapılıb
"Səhər tezdən zibil qabılarından zibil yığan bir nəfər metal əşya tapıb. Raket hissəsi istintaqa göndərilib. İlkin məlumata görə, həmin hərbi təyinatlı əşyada partlayıcı yoxdur deyə təhlükə yaratmır. Yəni bu mərminin özü deyil".
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalar aparırlar.
Qeyd edək ki, "İqla-S" hər növ təyyarə və helikopteri, eləcə də qanadlı raketləri olan kiçik hava hədəflərini günün istənilən vaxtında məhv edə bilir.
Tural Tağıyev
Azvision.az