Nazirdən erməni miqrantlara çağırış: "Geri qayıdın"

  21 İyul 2021    Oxunub :427
 Nazirdən erməni miqrantlara çağırış:  "Geri qayıdın"
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan kütləvi şəkildə ölkədən gedən vətəndaşları Ermənistana qayıtmağa çağırıb.
Azvision.az xəbər verir ki, nazir iqtisadi böhran fonunda şirnikləndirici və şişirdilmiş statistikalar da səsləndirib. Onun sözlərinə görə ilk dəfədir ki, ölkəsində əmək bazarı böyüyür.

"İyun ayında Ermənistanın ixracatı ilk dəfə olaraq 300 milyon dolları keçdi. Ötən ay əmək bazarı sürətlə böyüməyə davam edərək qeydiyyatda olan işçilərlə bağlı yeni rekord vurub - 643.256 nəfər. May ayı ilə müqayisədə artım 8305 nəfər olub. Hazırda tikinti, kənd təsərrüfatı, İT, istehsalat və hətta taksilərlə bağlı kəskin işçi çatışmazlığı var. Buna görə də, ölkəmizi gücləndirmək və inkişaf etdirmək üçün iş dalıyca ölkədən getmiş qohumlarınızı geri gətirməyə çağırıram",- Kerobyan deyib.

Tural Tağıyev
Azvision.az

Teqlər:






Xəbər lenti