Zelenski ABŞ-a səfər edəcək

Zelenski ABŞ-a səfər edəcək
  21 İyul 2021    Oxunub:1085
Ukrayna Prrezidenti Vladimir Zelenski avqustun 30-da ABŞ-a səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, Zelenskini ABŞ lideri Co Baydenlə görüşəcək.

"Prezident Bayden ukraynalı həmkarı Vladimir Zelenskini 30 avqustda Ağ Evdə qarşılamağı səbirsizliklə gözləyir. Bu səfər, Donbass və Krımda davam edən Rusiyanın təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini, enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı bir daha təsdiqləyəcək", - Psaki bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti