Ermənistanda virusa yoluxanların sayı 228 mini ötüb

Ermənistanda virusa yoluxanların sayı 228 mini ötüb
  22 İyul 2021    Oxunub:1071
Ermənistanda son sutka ərzində daha 225 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 161 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 575-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1113 nəfərdir.

Aktiv xəstələrin sayı 3797 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti