Peyvənd olunan Azərbaycan vətəndaşları Fransaya səfər edə bilərlər - Səfir

Peyvənd olunan Azərbaycan vətəndaşları Fransaya səfər edə bilərlər - Səfir
  22 İyul 2021    Oxunub:826
Koronavirusa qarşı tam peyvənd olunan bütün Azərbaycan vətəndaşları Fransaya səfər edə bilərlər.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitterdə yazıb.

“Avropa İttifaqı Tibb Agentliyi tərəfindən tanınan vaksinlərdən biri ilə (Pfizer və ya Astra-Zeneca) tam peyvəndlənən bütün Azərbaycan vətəndaşları Fransaya səyahət edib, ölkənin gözəl yerlərinə baş çəkə bilərlər", - səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Səfir  





Xəbər lenti