Heydər Əliyev Mərkəzində `Silahların əfsanəsi` sərgisi açılıb

Heydər Əliyev Mərkəzində `Silahların əfsanəsi` sərgisi açılıb
  15 Mart 2014    Oxunub:1198
Martın 15-də Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” adlı sərgi açılıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdirilir.

İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunur. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunan silah və zirehli geyimlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir.

“Silahların əfsanəsi”ndə ziyarətçilər tarixin canlı şahidi olur, hər bir eksponata dair maraqlı faktlar əldə edirlər.

Bu kolleksiya indiyədək Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.


Teqlər:





Xəbər lenti