Dubay hava limanında iki təyyarə toqquşub

Dubay hava limanında iki təyyarə toqquşub
  22 İyul 2021    Oxunub:880
Dubay hava limanında iki təyyarə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, Dubaydan Bişkekə uçan “Flydubai” şirkətinə məxsus Boeing 737-800 təyyarəsi Bəhreynin “Gulf Air” aviadaşıyıcısının təyyarəsi ilə toqquşub. Hadisə ilə əlaqədar olaraq sərnişinlər digər reyslə yola salıblar.

“Flydubai”nin sözçüsü bildirib ki, şirkət səlahiyyətli qurumlarla birlikdə hadisəni araşdıracaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Dubay   Təyyarə  





Xəbər lenti