"Taliban" Tacikistanla sərhədin 80% -nə nəzarət edir

"Taliban" Tacikistanla sərhədin 80% -nə nəzarət edir
  22 İyul 2021    Oxunub:825
“Taliban” Əfqanıstanın Tacikistanla sərhədinin 80% -nə nəzarət edir.
Azvision.az xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbə bildirib.

- “Taliban” qruplaşmasının Tacikistanla sərhədin bütün hissəsini nəzarətdə saxladığı barədə məlumatlar həqiqətə uyğun deyil. Onlar sərhədin 80% -dən çoxuna nəzarət etmirlər, - mənbə söyləyib.

Bundan əvvəl “Taliban”ın Tacikistanla bütün sərhəddə nəzarət etdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərinin əhəmiyyətli hissəsini ələ keçirən "Taliban" böyük şəhərlərə qarşı hücuma başlayıb. ABŞ və NATO qüvvələrinin çıxarılmağa başlanılması ölkədə gərginliyi daha da artırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Sərhəd  





Xəbər lenti