Putinin Tokioya getməməsinin səbəbi açıqlandı

Putinin Tokioya getməməsinin səbəbi açıqlandı
  22 İyul 2021    Oxunub:1340
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirak etməməsinin səbəbini açıqlayıb.
Azvision.az xəbər verir ki, Peskov bunu tədbirin xüsusi bir rejimdə baş tutacağı ilə izah edib.

- Prezidenti heç kim təmsil etməyəcək. Düzü, Rusiya Federasiyasından Tokioda kimin olacağını dəqiq bilmirəm. Yəqin ki, Olimpiya Komitəsinə müraciət etməlisiniz", - mətbuat katibi jurnalistlərə deyib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildən 2021-ə təxirə salınan Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Olimpiya-oyunları  



Xəbər lenti