"Ermənistan" fraksiyasına Ohanyan rəhbərlik edəcək
Məlumata görə, fraksiyanın katibi məsələsi blokda müzakirə olunacaq. Sabiq prezident Robert Koçaryan və blokun başqa bir üzvü mandatdan imtina etdikdən sonra Ohanyan siyahıda 7-ci yeri tutub.
Koçaryanın lideri olduğu "Ermənistan" bloku iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində 29, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası isə 71 mandat qazanıb.
Avqustun 2-də yeni tərkibdə parlamentin ilk iclası keçiriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Seçki







Vaxtında, Aydın, Lazımlı!


