Hüseyn Dəryanın qızı: `Atam cənnətə getdi`

Hüseyn Dəryanın qızı: `Atam cənnətə getdi`
  15 Mart 2014    Oxunub:1569
Hüseyn Dəryanın qızı: "Atam cənnətə getdi, oradan mənə baxacaq".
AzVision.az xəbər verir ki, Ötən axşam qəzaya uğrayan və bu gün səhər saatlarında vəfat edən məşhur rep ifaçısı Hüseyn Dəryanın qızı eksklüziv olaraq ANS PRESS-ə danışıb.

İfaçının ilk nikahından olan və Rusiyada yaşayan qızı Ayşə Muradova atasının son dəqiqələrindən danışıb: "Biz Moskvada olanda atam tez-tez zəng vururdu bizə deyirdi gəl Bakıya. Səni görmək istəyirəm, darıxmışam. Dünən axşam gəldim anamla Bakıya. Atamı görmək istəyirdim. Evdə oturmuşduq. Axşam zəng vurub dedilər ki, atam qəzaya düşüb xəstəxanaya aparıblar".

Gecə saat 3 radələrində anası Seva xanım ilə bərabər xəstəxanaya atasının yanına yollanan və son dəfə onunla görüşən Ayşə atasını qucaqlayıb onun ayağa qalxmasını istədiyini bildirib: "Əlindən tutdum. Dedim qalx ayağa, gəlmişəm sənin yanına. Gözünü aça bilmədi. Amma dərindən nəfəs almağa çalışırdı. Gördüm ki, səsimə reaksiya verdi. Sonra isə həkimlər gəldi. Bizi anamla bayıra çıxardı. Dedi yanında durmaq olmaz".

Balaca Ayşənin bir cümləsi isə hər kəsi göz yaşına boğub: "Mən bilirəm atam cənnətə getdi, oradan mənə baxacaq".


Teqlər:





Xəbər lenti