Ukraynadan yeni rekord: 1 günə 139 min nəfər peyvənd olundu

   Ukraynadan yeni rekord:    1 günə 139 min nəfər peyvənd olundu
  23 İyul 2021    Oxunub:1508
Ukraynada son sutka ərzində rekord sayda-139 441 nəfər koronavirus əleyhinə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb. Qeyd edilir ki, 76 169 nəfər birinci dozanı, 63 272 nəfər isə ikinci dozanı qəbul edib.

Ukraynadan vaksin rekordu: 1 günə 120 min nəfər peyvənd olundu
Nazirlik gün ərzində 743 səyyar qrupun, 2 672 peyvəndlənmə məntəqəsinin çalışdığını açıqlayıb.

Xatırladaq ki, bundan öncəki rekord 120.090 nəfər sayılırdı.

Qeyd edək ki, Ukraynada peyvənd kampaniyası başlayandan bəri 2 920 068 nəfər vaksinasiyadan keçib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ukrayna   Vaksin  





Xəbər lenti