Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb
  23 İyul 2021    Oxunub:807
Ermənistanda son sutka ərzində daha 221 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 382 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 579-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1113 nəfərdir.

Aktiv xəstələrin sayı 3894 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti