"Akne" ah-vayı: Ermənilər Ağdamı matəmlə yad edirlər

  "Akne" ah-vayı:  Ermənilər Ağdamı matəmlə yad edirlər
  23 İyul 2021    Oxunub:1203
Bu gün uzun illər ermənilərin təqvimdə qırmızı hərflərlə yazdıqları Ağdamın keçmiş işğalı günüdür. 30 ilə yaxın bir müddətdə azərbaycanlılar 23 iyulu hüznlə xatırlayıb, ermənilər isə bayram kimi qeyd edirdilər. Artıq 44 günlük Vətən müharibəsindən sonra müzəffər Azərbaycan Ordusu bu təqvimi ləğv edərək, tarixin zibilliyinə atdı.
Azvision.az xəbər verir ki, erməni mediası və ümumilikdə cəmiyyəti bu gün tarixi Azərbaycan torpağı olan Ağdamı qəmli notlarla xatırlayırlar.

Məsələn, politoloq Qaqik Ambaryan 1993-cü ilin 23 iyulunda saxta adla "Akna" dedikləri Ağdamda baş vermiş hadisələri yada salıb. O vaxtilə ələ keçirdikləri torpaqları saxlaya bilməmələrindən gileylənib. Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti ağır məğlubiyyətin nəticəsi olaraq Ağdamı nəinki geri qaytardı, postmüharibə dövründə belə, Azərbaycan hakimiyyətinin bu rayonla bağlı tələblərini yerinə yetirməyə məcbur oldu.

"Nikol 10 noyabr bəyanatı, kapitulyasiya aktı ilə Ağdamı, bütöv bir bölgəni bir dəfə də olsun atəş açmadan Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Monte Melkonyanın öldüyü gün - 12 iyun 2021-ci ildə isə Azərbaycana Ağdam bölgəsinə aid 100 minə yaxın minanın xəritəsini verdi. Bu ərazilərə azərbaycanlıların qayıtması və bölgənin hərbiləşdirilməsi (Yeni hərbi hissələrin açılması-red.) bizim üçün fəlakətli nəticələrə səbəb olacaq".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ağdam   İşğal   Mina-xəritəsi  





Xəbər lenti