"Taliban" Prezidentin istefası tələbini təkzib etdi

"Taliban" Prezidentin istefası tələbini təkzib etdi
  23 İyul 2021    Oxunub:685
“Taliban” atəşkəs üçün şərt olaraq Əfqanıstan Prezidenti Əşrəf Qaninin istefasını tələb etmir.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun nümayəndəsi Məhəmməd Naim bildirib.

Daha əvvəl “Associated Press” “Taliban”ın ölkədə sülh və atəşkəs üçün yeni bir hökumətin qurulması və Prezident Qaninin istefasını zəruri hesab etməsi barədə məlumat yayıb.

"Bu sözlər qətiyyən həqiqəti əks etdirmir”, - Naim deyib.

Xatırladaq ki, sözügedən açıqlama "Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahinə istinadla dərc olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti