Peskovdan "Taliban" açıqlaması

Peskovdan "Taliban" açıqlaması
  23 İyul 2021    Oxunub:1602
Rusiya “Taliban”ı qadağan edilmiş təşkilatlar siyahısından çıxarmağı planlaşdırmır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik bu məsələ ilə bağlı yenilik yoxdur. Əgər olsa, məlumat verəcəyik ”, - Peskov əlavə edib.

O vurğulayıb ki, "Taliban” hərəkatı Əfqanıstanda fəaliyyət göstərən kifayət qədər güclü bir qüvvədir.

Bundan əvvəl Əfqanıstan-Tacikistan sərhədindəki sabitliyin pozulacağı təqdirdə Rusiyanın reaksiya vermək niyyətində olduğu bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti