Rusiyada təyyarə qəzası - iki nəfər öldü

  24 İyul 2021    Oxunub :406
Rusiyada təyyarə qəzası -    iki nəfər öldü
Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza Kalinka kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində iki nəfər ölüb.

Daha əvvəl bir nəfərin ölməsi, daha bir nəfərin isə yaralanması barədə məlumat verilmişdi. Lakin xəstəxanaya yerləşdirilən qadın pilotun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə istintaq qrupu yollanıb. Qəzanın səbəbi kimi üç versiya nəzərdən keçrilir - pilotun səhvi, təyyarənin texniki nasazlığı və əlverişsiz hava şəraiti.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Qəza  







Xəbər lenti