İran Cənubi Qafqazda davamlı sülhə çağırır

  24 İyul 2021    Oxunub :558
   İran Cənubi Qafqazda davamlı sülhə çağırır
İran Cənubi Qafqazda tez bir zamanda davamlı sülhün əldə edilməsinə çağırır.
Azvision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan-Azərbaycan arasında sərhəddəki gərginlikdən danışarkən deyib.

XİN rəsmisi itkilərin və yaralananların olmasından məyusluqlarını ifadə edib.

"Biz, tərəfləri sərhəd mübahisələrini təmkinlə və sülh yolu ilə həll etməyə çağırırıq.
Regonda davamlı sülhə nail olmaq üçün İran lazım olan istənilən köməyi təklif etməyə hazırdır", - Xətibzadə əlavə edib.

Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edirlər. Dünən onlar Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Cənubi-Qafqaz   Sülh  







Xəbər lenti