"Rusiya sülhməramlıları Ermənistanı günahkar bilir" - KİV

  24 İyul 2021    Oxunub :1624
"Rusiya sülhməramlıları Ermənistanı günahkar bilir"   - KİV
"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin xarici siyasət kursunu dəyişir. Onun bir sıra vəzifələrə son təyinatları da bunu göstərir".
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb. İddiaya görə, Paşinyan əsas vəzifələrə anti-Rusiya mövqeyində olan şəxsləri təyin edir.

- Rusiyapərəstlər vəzifələrindən uzaqlaşdırılır. Məsələn, müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanı işdən çıxarır və düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli olan, Qərb mərkəzlərindən idarə edilən şəxsləri təyin edir. Hakimiyyətin bu davranışını həm ruslar, həm də rusiyapərəst dairələr görür. Sünikdə (Zəngəzur – red.) missiyasını həyata keçirən rus sülhməramlıları erməni əhalisi ilə ünsiyyət zamanı narazılıqarını gizlətmirlər. Onlar bildirirlər ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginlik məsələsində Ermənistan hakimiyyəti günahkardır. Çünki rəsmi İrəvan Rusiya Federasiyasının öz öhdəliklərini yerinə yetirə bilmədiyi təssüratını yaratmaq üçün istənilən hər şeyi edir. Bunda əsas məqsəd isə əraziyə Qərb qoşunlarını gətirməkdir, - nəşr yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Sərhəd  







Xəbər lenti