Ermənistanda koronavirusdan ölənlərin sayı 4584 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 4584 nəfərə çatıb
  24 İyul 2021    Oxunub:938
Ermənistanda son sutka ərzində daha 250 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 632 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 584-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1115 nəfərdir.

Aktiv xəstələrin sayı 3975 nəfər təşkil edir.

Pərvanə Sulltanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti