Taliblərin "kölgə qubernatoru" məhv edilib

  24 İyul 2021    Oxunub :642
Taliblərin "kölgə qubernatoru" məhv edilib
Əfqanıstan ordusu ölkənin qərbindəki azad edilmiş Karux bölgəsində “Taliban”ın "kölgə qubernatoru" Molla Həlimi məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Daha əvvəl nazirliyin nümayəndəsi Favad Aman hökumət qüvvələrinin Herat əyalətinin qərbindəki Karux bölgəsini yaraqlılardan azad etdiyini bildirib.

Məlumatda deyilir ki, Karux bölgəsindəki “Taliban”ın "kölgə qubernatoru" və iki komandir daxil olmaqla iyirmi yaraqlısı öldürülüb, daha 50 nəfər yaralanıb.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərinin əhəmiyyətli hissəsini ələ keçirən “Taliban” böyük şəhərlərə qarşı hücuma başlayıb. Hazırda hökumət qüvvələri ilə yaraqlılar arasında qarşıdurma davam edir. ABŞ və NATO qüvvələrinin ölkədən çıxmağa başlaması vəziyyəti daha da gərginləşdirib. Lakin, Birləşmiş Ştatlar Əfqanıstana dəstəyi davam etdirəcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Taliban  







Xəbər lenti