Fransanın cənubunda yanğın, 90 nəfər təxliyə olundu

  24 İyul 2021    Oxunub :404
Fransanın cənubunda yanğın,    90 nəfər təxliyə olundu
Fransanın Narbon və Karkason şəhərlərini birləşdirən A61 avtomobil yolunda böyük meşə yanğını baş verib. 90 nəfər təxliyə olunub.
Azvision.az xəbər verir ki, bu barədə BFMTV televiziya kanalı yanğınsöndürmə xidmətlərinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, yanğın şənbə günü günortadan sonra başlayıb. Həlak olanlar barədə məlumat yoxdur.

Yanğının ən az 300 hektar meşəni məhv etdiyi qeyd olunur. Hadisə yerində 500 yanğınsöndürən və aviasiya iştirak edir. Telekanal bildirir ki, fəlakətlə mübarizə aparmaq üçün yüzə yaxın yanğınsöndürənin gəlməsi gözlənilir. Səlahiyyətlilər, söndürmə əməliyyatının bir neçə gün çəkə biləcəyinə inanırlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa  







Xəbər lenti