Gürcüstanda ard-arda iki zəlzələ

Gürcüstanda ard-arda iki zəlzələ
  25 İyul 2021    Oxunub:921
Gürcüstanda bir-birinin ardınca iki dəfə zəlzələ baş verib.
Azvision.az Milli seysmik monitorinq mərkəzinə istinadən xəbər verir ki, 2,9 bal gücündə ilk zəlzələ Sameba kəndi yaxınlığında Dmanisi rayonundan 24 kilometr aralıda baş verib.

3,7 bal gücündə olan ikinci zəlzələ isə Gürcüstanın cənub-şərqində, Tbilisidən 54 kilometr aralıda baş verib. Seysmoloqların fikrincə, yeraltı təkanlar Tsalka regional mərkəzindən 13 km cənub-qərbdə yerləşən Kvemo Kartli bölgəsində qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti