Rusiya Avroviziya seçimlərində yenilik etdi - VİDEO

Rusiya Avroviziya seçimlərində yenilik etdi - VİDEO
  16 Mart 2014    Oxunub:1193
Talmaçevlər ekizləri Rusiyanı Avroviziya 2014-də təmsil edəcək. Maraqlısı budur ki, onlar 2006-cı il Uşaq Avroviziya qalibidirlər.
“Rossiya 1” kanalı ilk dəfə olaraq milli müsabiqədən imtina edərək Tolmaçevlər ekizlərini Avroviziya 2014-də Rusiyanı təmsil etmələri üçün seçib. Buna baxmayaraq əkiz bacıların hələ hansı mahnı ilə çıxış edəcəkləri bəlli deyil.

Nastya və Maşa Tolmaçevlər bacıları 2006-cı ildə uşaq Avroviziyasının qalibidirlər. Müsabiqənin tarixində belə bir seçim bir ilkdir. Bu dəfə 17 yaşlı bacılar özlərini böyüklərlə bir səhnədə sınayacaq. Qəribədir ki, uşaqlar hələ 2006-cı ildə nə vaxtsa böyüklər üçün nəzərdə tutlan Avroviziyada iştrak etmələrini arzuladıqlarını bildirmişdilər. Gənc müğənnilər uşaq yaşlarından bir çox müsabiqə qalibi olublar. Möhtəşəm qalibiyyətlərindən sonra isə istedadlı bacılar ilk albomlarına (Yarılar) da imza atıblar. Onlar bir verilişlərin aparıcısı kimi və hətta Alla Puqaçova ilə uşaq myuziklində səhnə alıblar. AzVision.az Ria Novosti-yə istinadən istedadlı gənclərin çıxışlarından birini təqdim edir.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 36 Avropa ölkəsi bu il Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək mahnı müsabiqəsində iştirak edəcək. Müsabiqə may ayının 6-10 tarixləri arasında keçiriləcək.



Xəbər lenti