Tayfuna görə 360 min insan təxliyə edildi

Tayfuna görə 360 min insan təxliyə edildi
  25 İyul 2021    Oxunub:930
Çində baş verən "İnfa" tayfunu Şanxay şəhərində nəqliyyatı iflic vəziyyətə salıb.
Azvision.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb. Qeyd edilir ki, təxminən 360 min insan təxliyə edilib.

Yerli medianın yaydığı məlumata görə, "İnfa" tayfunu bazar günü Çinin cənub-şərqindəki Zhejiang əyalətinin sahillərinə çatıb. Şəhər səlahiyyətliləri sonuncu- narıncı xəbərdarlıq səviyyəsini elan ediblər.
Hazırda itkinin olmadığı deyilir.

Şanxaydakı iki beynəlxalq hava limanında bütün sərnişin reysləri ləğv edilib, metro bağlanıb və sürətli qatarların fəaliyyəti tamamilə dayandırılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tayfun   Çin  





Xəbər lenti