Tokio-2020-də idmançılar 30 saniyəlik tibbi maskanı çıxara biləcəklər

Tokio-2020-də idmançılar 30 saniyəlik tibbi maskanı çıxara biləcəklər
  25 İyul 2021    Oxunub:906
Tokio-2020 Olimpia Oyunlarında mükafatlandırma zamanı idmançılara fəxri kürsüdə tibbi maskasını çıxarmağa icazə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

Qərar mükafatlandırma zamanı idmançıların şəkil çəkdirməsi üçün edilib. İdmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar, sonra tibbi maskadan istifadə mütləqdir.

BOK, həmçinin gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına - fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti