Fransada etiraz aksiyalarında 71 nəfər saxlanılıb

Fransada etiraz aksiyalarında 71 nəfər saxlanılıb
  25 İyul 2021    Oxunub:771
Fransada koronavirusun yayılmasına qarşı tətbiq edilən yeni məhdudiyyətlərlə bağlı keçirilən etiraz aksiyasında 71 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təkcə Parisdə 24 etirazçı saxlanılıb, onlardan 21 nəfəri həbs edilib.
Etiraz aksiyası zamanı 27 polis və 2 jandarma əməkdaşı xəsarət alıb, etirazçılar arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, etiraz aksiyalarında ümumilikdə 161 min, o cümlədən Parisdə 11 min nəfər iştirak edib. Etirazçılar və polis əməkdaşları arasında toqquşmalar əsasən Lion, Nanat və Tuluza şəhərlərində baş verib.

Azvision.az



Teqlər: Fransa   Etiraz  





Xəbər lenti