Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı

Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı
  26 İyul 2021    Oxunub:1072
Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Azvision.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, səfirə Baş nazir Mixail Mişustinin İturupa səfəri ilə bağlı etiraz çatdırılıb.

Bazar ertəsi Mişustin Uzaq Şərq və Sibir federal bölgələrinə işgüzar səfəri çərçivəsində İturupa gəlib.

Yaponiya, 1855-ci il tarixli Ticarət və Sərhədlər müqaviləsini əsas gətirərək Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddia edir. Tokio adaların geri qaytarılmasını Rusiya Federasiyası ilə II Dünya Müharibəsind' imzalanması mümkün olmayan sülh müqaviləsinin şərtinə çevirdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Yaponiya  





Xəbər lenti