Sarkisyanın Tokio səfəri narazılıq yaratdı: "O, hansı idman növündə çıxış edəcək?"

  26 İyul 2021    Oxunub :801
  Sarkisyanın Tokio səfəri narazılıq yaratdı: "O, hansı idman növündə çıxış edəcək?"
Ermənistan prezidenti Armen Sarkisyanın Olimiya oyunlarını izləmək üçün Yaponiyaya getməsi ölkəsində narazılıqla qarşılanıb.
Azvision.az xəbər verir ki, erməni ictimaiyyəti normal prezidentin ölkədə hərbi-siyasi gərginlik olan vaxtı istirahət üçün yarışlara baxmağa getmədiyini deyir.

Məsələn, tanınmış erməni yazar Voskan Sarkisyan ölkə prezidentinin problemlər məngənəsində sıxılan Ermənistanla ilgilənməməsindən gileylənib. O Armen Sarkisyanın Olimpiadaya getməsini lağa qoyub.

“Tokio Olimpiadasında 10 qızıl medal qazansaq, onları Hadrut, Şuşa, Talış və Suqovuşanla dəyişdirmərəm. Hərçənd bu qədər medal qazanmağımız belə real deyil. Minlərlə gəncin məzarı qarşısında baş əyirəm. Sözdə prezident olan Armen Sarkisyanı Olimpiadaya kim göndərdi? O hansı idman növündə çıxış edəcək? Bildiyim qədər Olimpiya Oyunlarında sinxron şəkildə uşaqlara dondurma paylamaq idman kimi qəbul edilmir",-Voskan Sarkisyan bildirib.



Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan da prezidentin “Olimpiya sevgisini” tənqid edib:

“Erasxda atışmadır, sərhəd alışıb yanır. Bizim prezident isə durub Tokioa yollanır ki, Olimiyadaya baxsın”.



Ermənistanın Acapnyak bölgəsinin administrasiya rəhbərinin keçmiş müavini Aram Manukyan isə prezidentlə yanaşı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı da qınayıb:

“Sərhədlərlə bağlı vəziyyət birmənalı deyil. Ancaq ölkənin sözdə prezidenti olan Sarkisyan Tokioyada "atəş açır" və baş nazir adlandırılan şəxs isə piyan olaraq "Gələcəyimiz var" deyir".

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Olimpiya  






Xəbər lenti