Sosial şəbəkələrdə narkotik satan saxlanılıb
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər. Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər.
Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər. Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.
Azvision.az
Teqlər: Narkotik