ABŞ-da müalicəsi olmayan göbələk infeksiyası yayılıb

 ABŞ-da  müalicəsi olmayan  göbələk infeksiyası yayılıb
  26 İyul 2021    Oxunub:1222
ABŞ-ın Texas ştatında və Vaşinqtonda bir neçə xəstəxanada “Candida Auris” göbələk infeksiyası aşkarlayıblar. Həkimlər bu infeksiyanın sağalmaz olduğunu bildirirlər.

Azvision.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Candida Auris, mövcud olan bütün dərmanlara müqavimət göstərir. Pandemiya zamanı isə daha da təhlükəli hala gəldi. İnfeksiyaya yoluxan xəstələrin təxminən üçdə biri 30 gün ərzində ölüb. Bununla belə, həmin şəxslərin digər xəstəlikləri də olduğu üçün onların ölümlərinə göbələk infeksiyasının əsas səbəb olduğunu dəqiq demək çətindir.

Həkimlər Candida Auris xəstələrinin müalicə edilməsinin çətin olduğunu deyirlər. Mütəxəssislər isə COVID-19-un göbələk infeksiyasının yayılmasını sürətləndirdiyini düşünürlər.

Patogen ilk dəfə 2009-cu ildə Yaponiyada aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Xəstəlik  





Xəbər lenti