Yeni dron qalmaqalı: Çin PUA-ları Pentaqonu təşvişə saldı

   Yeni dron qalmaqalı:    Çin PUA-ları Pentaqonu təşvişə saldı
  26 İyul 2021    Oxunub:1970
Çində istehsal olunan dronlar Pentaqonda narahatlığa səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb. Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi Çinin "DJI" şirkətinin ərsəyə gətirdiyi pilotsuz uçuş aparatlarını potensial təhlükə kimi qiymətləndirib.

Dəniz "Bayraqdar"ı: Türkiyə dünyanın ilk drondaşıyan gəmisini yaratdı
"ABŞ-da hələ keçən il bu Çin şirkətinə məxsus pilotsuz uçuş aparatlarının istifadəsinə qadağalar qoyulmuşdu. Məsələn, ABŞ polisləri "DJI" məhsullarından istifadə edə bilməzlər. Yerli şirkətlər isə Çin firmasına texnologiyalar satmamalıdırlar. Maraqlıdır ki, Pentaqon pilotsuz uçuş aparatlarının proqramında zərərli bir kodun olmadığını da bəyan edib. Lakin ABŞ ordusuna görə, sözügedən PUA-lar məlumatları Çin xüsusi xidmət orqanlarına ideal bir formada ötürə bilərlər",-nəşr yazıb.

Hazırda Konqresdə ABŞ hökuməti tərəfindən "DJI" məhsullarına və pilotsuz aparatlara beş illik embarqo qoyulması nəzərdən keçirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Dron   Çin   ABŞ  





Xəbər lenti