Erməni nazirin təklifi gülüş doğurdu: "Vaksinlən, teatr bileti qazan"

   Erməni nazirin təklifi gülüş doğurdu:    "Vaksinlən, teatr bileti qazan"
  26 İyul 2021    Oxunub:1022
Ermənistan rəhbərliyi insanları vaksinasiyaya həvəsləndirməyin yollarını axtarır. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan keçirdiyi brifinqdə peyvənd mövzusuna toxunub. O indeksin artırılması üçün xüsusi vasitələr hazırladıqlarını söyləyib",-məqalədə yazılıb.

Bildirilir ki, nazir vaksinasiya mədəniyyətinə xüsusi diqqət ayrılacağını vəd edib. Peyvənd olunanlar üçün isə teatr, opera və mədəni tədbirlərə bilet hazırlanmalıdır.

Qeyd edək ki, erməni nazirin "vaksin olun, teatr bileti al" kampaniyası sosial mediada insanların gülüşünə səbəb olub. Məsələn, politoloq Qaqaik Ambaryan peyvəndlənməni lotoreyaya çevirən hakimiyyətə lağ edərək deyib:"Çox yaxında telefonlar, televizorlar, saatlar, avtomobillər oynanılacaq. Tələsin!"

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti