"Tokio-2020": Koreya kanalı təhqiramiz təqdimata görə üzr istədi

      "Tokio-2020":   Koreya kanalı təhqiramiz təqdimata görə üzr istədi
  26 İyul 2021    Oxunub:1551
Cənubi Koreyanın “MBC” telekanalının aparıcısı "2020-Tokio" Olimpiya Oyunlarının açılış mərasimində milli komandalar üçün təhqiramiz görüntü və təqdimat seçiminə görə üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Olimpiadada virusa yoluxanların sayı 148-ə çatdı
Belə ki, "MBC" televiziya kanalı İtaliyanın təqdimatı üçün pizza, Rumıniya üçün Drakula, Norveç üçün somon balığının tikəsi, Ukrayna üçün Çernobıl şəkillərindən istifadə edib. Digər bir narazılıq doğuran məqam isə Haiti idmançıları stadiona daxil olarkən səslənən ifadələr olub. Ekranda bu dövlət haqqında "Prezidentin öldürülməsi səbəbindən siyasi vəziyyəti stabil olmayan ölkə" təqdimatı gedib. Suriya olimpiya yığması rəsmi törəndən keçərkən isə, belə bir başlıq yazılıb: "10 ildir davam edən vətəndaş müharibəsi."



Sosial şəbəkələrdə bu cür təqdimatlar və arzuolunmaz vizual effektlərlə bağlı ciddi narazılıqlar, şikayətlər başlayıb. İnsanlar belə davranışı təhqiramiz və axmaq bir yanaşma kimi qiymətləndirirblər.

Qeyd edək ki, pandemiya səbəbindən bir il təxirə salınan "Tokio-2020" Olimpiya Oyunları 23 iyulda başlayıb. 8 avqusta qədər davam edəcək yarışlar 42 arenanı əhatə edəcək. 205-dən çox ölkədən 11 minə yaxın idmançı 33 idman növündə 339 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Olimpia   Telekanal  





Xəbər lenti